Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində yeni TIR parkı tikilir - YENİLƏNİB - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində ticarətin asanlaşdırılması məqsədilə yeni TIR parkı tikilir.

Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinən verilən məlumata görə, 7,3 hektar sahəni əhatə edən yeni TIR parkı nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edəcək mərkəz rolunu oynayacaqdır. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə Sədərək dövlət sərhədindən buraxılış məntəqəsindəki əməliyyatların bir hissəsi bu mərkəzdə yerinə yetirilə biləcək. Bu məqsədlə inşa olunan xidmət binasının uzunluğu 24, eni isə 12 metrdir. Burada gözləmə zalı və rəsmiləşdirilmə bölməsi, yeməkxana, qazanxana, anbar və texniki işçilər üçün otaqlar yaradılıb. Binada inşaat  işləri  yekunlaşıb. Su, kanalizasiya, elektrik xətləri quraşdırılıb, istilik və havalandırma sistemləri qurulub. Hazırda TIR parkının ərazisi asfaltlanır, yeni işıqlandırma dirəkləri qurulur, səkilərə daş düzülür, çəpərləmə və yaşıllaşdırma tədbirləri görülür. İşlər yekunlaşdıqdan sonra 700-dən artıq yük avtonəqliyyat vasitəsi əraziyə daxil ola biləcək.
Yeni TIR parkının istifadəyə verilməsi sürücülərin də işini asanlaşdıracaq, onların rahatlığı təmin olunacaq. Təhlükəsizlik və nəzarət məqsədilə ərazidə müasir kameralar quraşdırılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: