Ukrayna iş adamlarının Azərbaycana səfəri planlaşdırılır

A- A A+

Biz dost və qardaş Azərbaycanla iqtisadi, ticari, elmi və mədəni əlaqələrin inkişafına böyük önəm veririk. Mən özüm Bakıda doğulub böyümüşəm. Son illər bir neçə dəfə Azərbaycanda olmuşam. Hər gedişimdə Bakının və digər şəhərlərin necə sürətlə inkişaf etdiyinin şahidi oluram.

NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Sumı Vilayət Deputatlar Şurasının sədri Vladimir Tokar deyib.

Onun sözlərinə görə, Azərbaycanda müasir istehsal müəssisələri tikilib istifadəyə verilib. Bu baxımdan Sumı vilayətində fəaliyyət göstərən iş adamlarının Azərbaycana səfərinin təşkili planlaşdırılır.

V.Tokar qarşılıqlı işbirliyinin ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: