Nazirlik: "Heç bir internet resursuna məhdudiyyət qoyulmayıb"

A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı "TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: