KİV: Türkiyə Rusiyadan Pakistana qaz kəmərinin çəkilişində iştirak edəcək

A- A A+

İslamabad və Ankara Rusiyadan Pakistana qaz kəmərinin inşası üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi “The Frontier Post” qəzetinə istinadla xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bununla bağlı razılıq əldə olunub.

Hər iki ölkənin liderləri bir sıra irimiqyaslı layihələrin, o cümlədən qaz tədarükünə yönələn layihələrin həyata keçirilməsində əməkdaşlığa dair razılığa gəliblər.

Qeyd edək ki, sentyabrın 15-də Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkəsindən Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistana qaz kəmərinin çəkilməsinin perspektivləri barədə danışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: