Muxtar respublikada 2022-ci ilin yanvar-avqust aylarında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olub.