Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında 354 milyon 489 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 16563 ton, süd istehsalı 71266 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8 faiz, süd istehsalı isə 1,5 faiz artıb.