“Buta Airways” aviaşirkətinin Bakı-Batumi “J2-9227” reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.
Aviaşirkətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.
“Embraer 190” təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.