Şərur rayonunda Günəş Elektrik Stansiyasının gücü artırılır - VİDEO

A- A A+

Son illər muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması məqsədilə əsasən alternativ və bərpaolunan enerji resurslarından səmərəli istifadə xüsusi diqqətdə saxlanılır. Bütün bunların nəticəsidir ki, bu gün diyarımızda 11 elektrik stansiyası var və onların 9-u bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir.

Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə məqsədilə yeni stansiyaların qurulması istiqamətində işlər bu il də davam etdirilir. Bu işlərin tərkib hissəsi kimi Şərur rayonunun Zeyvə kəndində istifadəyə verilən Günəş Elektrik Stansiyasının gücü daha da artırılır. Bununla da muxtar respublikada günəş elektrik stansiyalarının ümumi gücü 36 meqavatdan 39 meqavata çatacaq.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: