Cari ilin ötən doqquz ayında 1474 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasında müasir texnologiyaların tətbiq edilməsi nəticəsində göstərilən telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil artırılır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali  Məclisi  Sədrinin diqqət və qayğısı ilə Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrə tutumlu yeni Avtomat Telefon Stansiyası quraşdırılıb.

Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Babək məhəlləsində, Əliabad qəsəbəsində, Qaraçuq kəndində, Şahbuz rayonunun Bakı küçəsində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində ümumilikdə 2368 nömrə yerlik 6 yeni HUAWEİ NGN tipli ATS quraşdırılıb, 1474 abonent yeni stasionar telefon xətti ilə, 4300-ə yaxın abonent isə genişzolaqlı internetlə təmin olunub.

Həyata keçirilən tədbirlər və artan tələbat fonunda Naxçıvan şəhərində, Culfa, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarının bir sıra kəndlərində fəaliyyət göstərən yeni nəsil ATS-lərin internet tutumlarının artırılması nəticəsində 2800-ə yaxın abonentin internetə olan tələbatı ödənilib.

Bununla yanaşı Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrə tutumlu yeni nəsil ATS-in quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: