İstanbulda Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək

A- A A+

Cari il oktyabrın 5-6-da Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək.

Energetika Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iki gün davam edəcək Forumun birinci günündə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, həmçinin enerji tənzimləmə istiqamətləri üzrə fəaliyyət göstərən birgə İşçi Qruplarının iclasları baş tutacaq.

Tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də daxil olmaqla bir sıra yüksəkvəzifəli şəxslərin çıxışları, həmçinin Forumun yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis olunub və ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: