Azərbaycan-Türkiyə II Enerji Forumunda Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ötürülməsi müzakirə edilib

A- A A+

"Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz xətti, Naxçıvandan Türkiyəyə elektrik ixracı, Zəngəzur dəhlizi vasitəsilə elektrik enerjisinin ötürülməsi, eləcə də TPAO və BOTAŞ-la əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr apardıq".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter"də deyib. 

Qeyd edək ki, İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: