“Caspian Energy Club”ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı ilə keçirilən altıncı “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın 2022-ci ildə 50 ən tanınan brendi müəyyən olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, keçirilən altıncı “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri sırasında “Naxçıvanbank” ASC də yer alıb. Oktyabrın 4-də keçirilən mükafatlandırma mərasimində qalib brendlər sertifikatla təltif olunub.
Qeyd edək ki, “Naxçıvanbank” ASC də daxil olmaqla 50 brend 2023-cü ilin əvvəlində keçiriləcək yekun “Brand Award International” müsabiqəsində iştirak etmək hüququ qazanıb.