Rusiya Türkiyə vasitəsilə Avropaya 63 milyard kubmetr qaz ixrac edə bilər

A- A A+

Rusiya Qara dəniz və Türkiyə vasitəsilə Avropaya 63 milyard kubmetr qaz ixrac edə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmi Rusiya Baş nazirinin müavini Aleksandr Novak Anadolu Agentliyinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, reallaşdırılmamış “Cənub axını” layihəsinin dörd qolu əvvəlcədən 63 milyard kubmetr qaz ixracı üçün nəzərdə tutulmuşdu. Əgər bütün tərəflər maraq göstərərsə, həmin həcmdə qaz Türkiyə vasitəsilə Avropaya nəql edilə bilər.

A.Novak xatırladıb ki, indiyədək “Mavi axın” və “Türk axını”nın iki qolu kimi layihələr reallaşdırılıb. Rusiya rəsmisi, həmçinin ölkəsinin qazın qiymətinin artmasında maraqlı olmadığını da vurğulayıb. Belə ki, onun sözlərinə görə, bu halda alternativ enerji mənbələrinin tətbiqi sürətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: