Naxçıvan şəhərindəki telekommunikasiya şəbəkələrinin payız–qış mövsümünə hazırlığı yoxlanılır - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə rabitə-xətt təsərrüfatının vəziyyəti təhlil edilir, qəzalı vəziyyətdə olan xətt və dirəklər dəyişdirilir, müvafiq mal-material ehtiyatı yaradılır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, Əliabad qəsəbəsi və Qaraçuq kəndində sakinlərin payız-qış aylarında keyfiyyətli rabitə və internet xidmətlərindən istifadə etmələri üçün yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, kabellər normalara uyğun vəziyyətə gətirilir, zədələnmiş müxtəliftutumlu yararsız kabellər yenilənir, rabitə-xətt təsərrüfatında olan digər nasazlıqların bərpa olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqətdə saxlanılır, ATS-lərdə  istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir.

Sakinlərə göstərilən rabitə və internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə abonentlərin mənzillərində mövcud olan internet xətləri və avadanlıqlar da müasir standartlara cavab verən siqnal ölçmə cihazları vasitəsilə yoxlanılır.

Qeyd edək ki, Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər şəhər, rayon və kəndlərində də telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı istiqamətində işlər davam etdirilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: