"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - “Buta Airways” şirkətinin Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata görə, sərnişinlər Bakıya digər təyyarə ilə axşam yola düşəcək. Onlar qaydalara uyğun içki və qida daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.