Azad edilmiş ərazilərdə əcnəbilərin iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaqla uzadıla bilər

A- A A+

İşğaldan azad edilmiş ərazilərdə əcnəbilərin iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 10-da keçirilən iclasında “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirələrində bildirilib.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün həmin kateqoriyadan olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına (müvafiq olaraq 1 il 6 ayadək və ya 2 ilədək) görə dövlət rüsumunun məbləğini müəyyən edir.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsinin 1 il müddətinə verilməsi, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: