Naxçıvan məhsulları beynəlxalq sərgidə - FOTOLAR

A- A A+

Yerli məhsulların xarici bazarlarda tanıdılması, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Naxçıvan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Dubay şəhərində keçirilən “İSM Middle East-2022” Beynəlxalq Şirniyyat Sərgisində “Ləzzət Qida Sənaye” MMC-nin şirniyyat məhsulları nümayiş olunub.

Sərgidə şirkət tərəfindən istehsal olunan müxtəlif çeşidlərdə vafli, peçenyə, maşmelo, lokumlar, qarğıdalı çubuqları, limonadlar və digər məhsullar yer alıb.

Sərgi çərçivəsində İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Özbəkistan, BƏƏ və digər ölkələrdən potensial alıcılar ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Qeyd edək ki, 110 ölkədən 10 mindən çox ziyarətçinin qatıldığı Yaxın Şərq və Şimali Afrikanın ən böyük şirniyyat sərgisində dünyanın 50-dən çox ölkəsinin 330-dan çox şirkətinin şokolad və şokolad məhsulları, şəkərli şirniyyatlar, vaflilər, təbii qəlyanaltılar, dondurmalar və dondurulmuş şirniyyatlar, müxtəlif çeşidlərdə meyvəli şirniyyat məhsulları nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: