İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz təchizatı məqsədilə paylayıcı şəbəkə qurulacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində qaz paylayıcı şəbəkənin qurulması nəzərdə tutulur.