Bu ilin yanvar-oktyabr aylarında 475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 23122 ton, süd istehsalı 81908 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 faiz, süd istehsalı isə 1,4 faiz artıb.