“AccessBank” yaranmasının 20-ci ildönümündə Naxçıvan şəhərində yeni filialını istifadəyə verib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “AccessBank”ın müasir konseptdə yeni “Naxçıvan” filialı müştərilərin istifadəsinə verilib. Naxçıvan şəhəri Gənclər şəhərciyində yerləşən filialda müştərilərin rahatlığı üçün bütün imkanlar nəzərə alınıb.
Açılış tədbirində “AccessBank” İdarə Heyətinin sədri Davit Tsiklauri və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev bankın Naxçıvanda filial açmasını yerli iş mühiti və biznes üçün, xüsusən də mikro və aqro sahələrinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər Naxçıvan filialının fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik ediblər.
Qeyd edək ki, “AccessBank” 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i paytaxt Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. Bankın xidmətləri barədə məlumat əldə etmək üçün "151" əlaqə mərkəzinə zəng etmək, həmçinin Bankın rəsmi saytına və ya sosial şəbəkələrdəki hesablarına daxil olmaq olar.
Mahmud Hüseynov