Azad edilmiş ərazilərin rezidentləri üçün xammal və materialların idxalı gömrük rüsumundan azad edilir
Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.