Milli Məclisin dekabrın 2-də keçiriləcək iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda, həmçinin “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.