Dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının xərcləri üçün ayrılan dotasiyanın məbləği bir qədər artırılaraq 482,4 milyon manat təşkil edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasında deyib.
O bildirib ki, eyni zamanda, muxtar respublikanın gəlir və xərcləri ilkin dürüstləşməyə nisbətən müvafiq olaraq gəlirləri 132,3 milyon manat, xərcləri isə 614,7 milyon manat səviyyəsində olacaq.
“Bu dəyişikliklərlə 2023-cü ilin dövlət büdcəsinin qanun layihəsində gəlir və xərclər də müvafiq olaraq 53,2 milyon manat artırılacaq. Onu da qeyd etmək istərdim ki, kəsrdə hər hansı dəyişikliklər baş vermir.
İcmal büdcəsinin gəlirləri və xərcləri də eyni səviyyədə təşkil edəcək. Bütövlükdə sadalananlarla bağlı qanun layihəsində bəzi maddələrə də müvafiq dəyşikliklər edilməsi nəzərdə tutulur”, - deyə maliyyə naziri qeyd edib.