Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qərar məhsulların etiketlənməsi beynəlxalq təcrübəyə əsasən istehlakçıları cihazların enerji istehlakı həcmi üzrə məlumatlandırması məqsədini daşıyır.
Enerji etiketinin forması və tərtibinə dair tələblər məhsulların enerji etiketlənməsinə dair texniki reqlamentlərlə müəyyən olunur. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika və İqtisadiyyat nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Həmin qaydaların tələblərinə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.