MDB-yə üzv dövlətlərin gömrük rəhbərləri görüşüb

A- A A+

Qazaxıstanın Aktau şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 75-ci iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda əqli mülkiyyət hüquqlarının pozulmasının tətbiq edildiyi mallara münasibətdə məlumat mübadiləsinin reqlamenti ilə bağlı müzakirələrdə Şahin Bağırov xüsusilə, gömrük orqanları tərəfindən coğrafi göstəricilərin və əmtəə nişanlarının yanlış göstərilməsi hallarına qarşı mübarizənin gücləndirilməsinin və bu məsələnin davamlı diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Belə ki, artan ticarət dövriyyəsi zamanı bu cür yanlış göstəriciləri olan malların dövriyyəyə buraxılmasına qarşı əvvəlcədən gömrük orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilməlidir.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin gömrük plombları altında daşınmasının xüsusi texniki qaydaları mövcud olduğundan bu sahədə də zəruri işlər görülməlidir. Bu məsələlər beynəlxalq konvensiyalardan irəli gələrək nəqliyyat vasitələrinin qoşqu hissələrinə hər hansı kənar predmetlərin yerləşdirilməsi hallarının qarşısının alınmasında xüsusi önəm daşıyır.

İclasda, həmçinin gömrük məsələləri ilə bağlı bir sıra müzakirələr də aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: