Yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 418,9 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çox neft nəql olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nəqletmənin 78,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin on bir ayı ərzində bu kəmərlə 27 milyon 121 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 4 milyon 668,9 min ton tranzit nefti də ötürülüb.