Yanvar-noyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 35 milyard 147,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 11,1 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, on bir ayda qaz nəqlinin 53,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 18 milyard 897,3 milyon kubmetr təbii qaz ixrac edilib.