Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.
Aeroportdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına enib.
Həmçinin səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.