“Azərbaycan Hava Yolları” QSC (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərin sərnişinlərinə müraciət edib.
AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, aviaşirkət planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün sərnişinlərdən dekabrın 20-də hava limanına öncədən yaxınlaşmalarını xahiş edir. Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək. Naxçıvandan isə uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
Qeyd edilib ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.