AZAL: "Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış bütün reyslər bu gün yerinə yetiriləcək"

A- A A+

Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinin uçuşu bu gün həyata keçiriləcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinə istinadən xəbər verir.

Bakıdan Naxçıvana uçuşlar saat 21:10 və 23:30-da, Naxçıvandan Bakıya isə saat 23:30 və 01:50-də (21 dekabr) yerinə yetiriləcək.

"Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur", - məlumatda deyilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Bununla yanaşı, xüsusilə qeyd edir ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: