Bakıya qəza enişi edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola düşəcəklər

A- A A+

“Qantas Airways” aviaşirkətinin Bakı hava limanında qəza enişi edən Sinqapur-London reysinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər.

Heydər Əliyev Beynəlxalq Aeroportundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, digər təyyarə gələnədək reysin sərnişinləri hoteldə yerləşdiriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Bakı aeroportuna qəza enişi edib.

Qeyd edək ki, “A380” hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Xatırladaq ki, bu, “A380” təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: