Azərbaycanda daha 149 dərman vasitəsinin qiyməti təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
Məlumata görə, bundan başqa etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə, Şuranın 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 642 olub. Onların tam siyahısı Şuranın internet səhifəsinin “Dərman vasitələri” bölməsində yerləşdirilib.
Qeyd edək ki, qərar 2022-ci il dekabrın 30-dan qüvvəyə minir.