Daim öz əməkdaşlarının inkişafına investisiya yönəldən Naxçıvanbank Müştəri xidmətləri əməkdaşlarını “Universal bank işçisi” layihəsinə cəlb edərək onların bilik və bacarıqlarının yüksəldilməsinə dəstək olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bank İCC (İnternational Consulting Company) tərəfindən 2022-ci il üzrə “Əməkdaşların inkişafına ən çox yatırım edən bank” nominasiyası üzrə II yerə layiq görülüb.
2022-ci ildə əsas strateji hədəflərdən olan “Universal bankçılıq” xidmətlərinə keçidi ilin sonunda tam şəkildə yekunlaşdıran bankda Beynəlxalq sertifikatlı əməkdaşlar müştərilərə yüksək keyfiyyətli universal xidmətlər göstərirlər.
Müştəri xidmətlərinin yeni struktur dəyişikliklərindən sonra müştərilər hesablaşma-kassa əməliyyatları ilə birlikdə kreditləşmə proseslərini də həyata keçirə bilirlər.
Növbəti ildə də bank əməkdaşlarının qarşısında duran əsas strateji hədəf korporativ və pərakəndə fəaliyyət seqmentləri üzrə yeni məhsullar təqdim etmək, rəqəmsal bankçılıq xidmətlərini təkmilləşdirmək və ümumi xidmət səyiyyəsini yüksəltməkdir.