Naxçıvan MR Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilir.
Sənaye məhsullarının istehsalı müasir dövrdə iqtisadiyyatın əsas qolunu təşkil edir. Burada isə ən böyük pay özəl sektorun üzərinə düşür. Təsadüfi deyil ki, bu gün istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil edir. Bu da onu göstərir ki, muxtar respublikada sənaye sahibkarlığına böyük maraq böyükdür və dövlətin də dəstəyi nəticəsində sənaye sahəsində çalışan sahibkarlar tərəfindən hər il yeni istehsal sahələri yaradılır.
Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Statistikaya görə, sənaye üzrə 2022-ci ilin yanvar-noyabr aylarında 1 milyard 26 milyon 196 min 200 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.