“Naxçıvanbank”da dəyişiklik

A- A A+

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə "Naxçıvanbank" ASC-dən məlumat verilib.

Məlumata əsasən, səhmdarların qərarı ilə Baharxanım Talıbova və Rifat Mahmudov Müşahidə Şurasındakı üzvlükdən çıxarılıb.

Müşahidə Şurasınının sədri olan İsgəndərov Əsədulla Fikrət oğlu vəzifəsindən azad edilərək üzv təyin edilib.

Novruzov Binnət Yasin oğlu Müşahidə Şurasına sədr, Məmmədov Rüfət Əhədağa oğlu isə üzv təyin ediliblər.

Xatırladaq ki, “Naxçıvanbank” ASC 2008-ci ildə yaradılıb və ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: