AZAL Bakıdan Astanaya uçuşlara başlayır

A- A A+

"Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə uçuşlar isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan "Buta Airways" şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: