EBRD-nin vitse-prezidenti Azərbaycana səfər edəcək

A- A A+

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq.

Səfər ötən ilin sentyabrında EBRD-nin prezidenti Odil Renaud-Bassonun Qafqaza son turundan sonra baş tutur. Bankın rəsmilərinin səfərinin məqsədi həm özəl, həm də dövlət sektorunda qarşıda duran layihələri müzakirə etməkdir. Həmçinin maliyyə dayanıqlığı, siyasi islahatlar və bankın qarşıdan gələn yeni ölkə strategiyalarına hazırlıqla bağlı müzakirələr də gündəmdədir.

Azərbaycana səfər çərçivəsində hökumət nümayəndələri, Mərkəzi Bankda, beynəlxalq inkişaf tərəfdaşları və bankın mövcud biznes tərəfdaşları ilə görüşlər keçiriləcək.

Xatırladaq ki, EBRD 1992-ci ildən bəri regionda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 650-dən çox layihəyə 10 milyard avrodan çox sərmayə qoyub ki, bunun da əksəriyyəti özəl sektorun payına düşür.

EBRD Azərbaycanda 185 layihəyə ümumilikdə 3,656 milyard avro investisiya yatırıb. EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 14 % təşkil edir.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 836 milyon avrodur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: