Gələn il Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, artıq bununla bağlı ilkin qərar qəbul edilib: "Lakin cari ilin dekabrında Monitorinq Komitəsinin növbəti iclasında bu barədə formal qərar qəbul olunacaq və tarix müəyyənləşəcək. İclasın gələn ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur".