İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakı aeroportunda məcburi eniş edib

A- A A+

İstanbul-Tokio reysini həyata keçirən “Türk Hava Yolları”na məxsus hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, “Boeing 777” təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsi qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: