Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı bu il yanvarın 1-nə 344 min 394 vahid artaraq 1 milyon 746 min 309 təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-dövlət sektorunda bu göstərici 291 min 435 vahid artaraq 831 min 357 olub.