Azad edilmiş ərazilərdə bina və tikintilərdə “Kromatix SA” şirkətinin texnologiyalarından istifadə olunacaq

A- A A+

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bina və tikintilərdə “Kromatix SA” texnologiyalarından istifadə olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşündə müzakirə aparılıb.

Qeyd olunub ki, “Kromatix SA” şirkəti xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal edir.

Görüşdə Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: