İqtisadiyyat naziri Kəngərlidə sakinlərlə görüşüb - FOTOLAR

A- A A+

Yanvarın 17-də iqtisadiyyat naziri Tapdıq Əliyev Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə rayonda sakinlərlə görüşüb. Görüşdə iştirak edənlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Naxçıvan MR İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə vətəndaşların müraciətləri Tapdıq Əliyev tərəfindən dinlənilib, aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Görüşdə Kəngərli rayonundan olan 17 vətəndaşın müraciəti dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: