Naxçıvan məhsulları “Beynəlxalq Yaşıl Həftə - 2023” sərgisində nümayiş olunur - FOTOLAR

A- A A+

Almaniyanın  Berlin şəhərində keçirilən “Beynəlxalq Yaşıl Həftə – 2023” kənd təsərrüfatı və qida sərgisində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) nümayəndələri ilə yanaşı, Azərbaycan şirkətləri də iştirak edir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi altında şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin məhsulları nümayiş olunur.

Sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə Naxçıvanda fəaliyyət göstərən 11 şirkətin 20 növdə və 42 çeşiddə məhsulu, həmçinin şirkətlərə aid məhsul kataloqları və “Naxçıvan məhsulları ixrac kataloqu” nümayiş etdirilir.

“Beynəlxalq Yaşıl Həftə”də “Badamlı Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin mineral suları, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqı”nın şərabı, meyvə suları, halvası, “Şərur-3” MMC-nin spirtli içkiləri, “Naxçıvan Məhsulları” PHŞ-nin müasir şəkildə qablaşdırılan meyvə quruları, “Araz-3” MMC-nin alma sirkəsi, “Ləzzət Qida Sənaye” MMC-nin vafli və lokumu, “Naxçıvan Duz İstehsalı” MMC-nin duzu, “ENNA” MMC-nin enerji içkiləri, soyuq çayı, “Savalan-S” kiçik müəssisəsinin aromatlaşdırılmış içkiləri, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsinin ət konservləri sərgilənir.

Naxçıvan məhsulları ziyarətçilərdə böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına muxtar respublikanın investisiya və biznes imkanları barədə, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar haqqında məlumat verilib.

Sərgi yanvarın 29-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: