“AzerGold”: Adımızdan saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir - FOTOLAR
Son günlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından istifadə edilməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə QSC-nin məlumatında qeyd olunub.
Məlumatda bildirilib: “AzerGold” QSC-nin əmtəə nişanından istifadə olunmaqla müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif “investisiya” layihələrinə dəvətlər edilir. Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin səhmdar cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir. “AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik”.