2022-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollara yaxın olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan bu ölkədən 259,8 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 358 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.