Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı dekabrın sonunda ötən aya nəzərən 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,1 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18,7 faiz, kredit kartları üzrə 29,4 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.