İşğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 315 milyon manat vəsait ayrılmışdır.
NUHÇIXAN İnformasiya Agentliyi Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
Nazir bildirib ki, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidən qurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib.