“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

A- A A+

“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Azərpoçt” MMC-yə istinadən xəbər verir ki, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.

Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: