Naxçıvanda yeni istehsal sahəsi yaradılır

A- A A+

Naxçıvanda yaxın vaxtlarda yeni məhsul istehsalına başlanılacaq. “Ləzzət Qida Sənaye” MMC-də fəaliyyətə başlayacaq salfet istehsalı müəssisəsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kredit və “Ləzzət Qida Sənaye” MMC-nin vəsaiti hesabına inşa olunub. Hazırda müəssisədə sınaq istehsalı və avadanlıqların tənzimlənməsi işləri aparılır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müəssisənin istehsal gücü gündə 8 ton hazır məhsul çıxarılmasına imkan verir. İstehsal sahəsində yüksək keyfiyyətli kağız məmulatları – salfet, mətbəx dəsmalı, tualet kağızı, qutu salfetlər və digər çeşidlər hazırlanacaq. Türkiyənin bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunacaq məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim ediləcək.

Müəsissənin tam şəkildə işə düşməsi nəticəsində 20 nəfərlik yeni iş yerinin açılması nəzərdə tutulur.

İstehsal ediləcək məhsulun ilkin mərhələdə daxili bazarda və Azərbaycanın digər regionlarda satışı nəzərdə tutulur, növbəti mərhələdə isə ixracın təşkil edilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: