Ötən il Naxçıvana xaricdən köçürülən vəsaitin həcmi açıqlanıb

A- A A+

2022-ci ildə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarına respublika daxilindən və xaricdən köçürülən vəsaitlərin həcmi açıqlanıb. Köçürülən vəsaitlərin 93.2 %-i xaricdən mədaxil olub.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin 2022-ci il üzrə statistikasına istinadən xəbər verir. Məlumata görə, 2022-ci ildə muxtar respublika vətəndaşlarına ümumilikdə sürətli pul köçürmə sistemi ilə 20 milyon 128 min ABŞ dolları pul köçürülüb, bunun 18 milyon 752 min ABŞ dolları xaricdən, qalan 1 milyon 375.5 min dolları isə daxildən köçürülüb.

AMB-nin Naxçıvan MB İdarəsi bildirir ki, vəsaitlər “MoneEx”, “Western Union”, “Zolotaya Korona”, “IBA Express”, UPT və “Xəzri” pul köçürmə sistemləri ilə həyata keçib.

Xarici ölkələrə mal-material almaq üçün köçürülmüş vəsaitlərin həcmi isə 82 milyon 3.66 min dollar və 38 milyon 714.21 min avro olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: